tehsil_xeberleri_metn Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb - Təhsil xəbərləri

Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə (SAF-2022) start verilib.

"Report"xəbər verir ki, festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, deputatlar iştirak ediblər.

Bildirilib ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, bu gün bütün dünyada təhsil dəyişir və ya dəyişməlidir:

"Gələcək nəsli həmin çağırışlara və reallıqlara hazırlamaq lazımdır. Azərbaycan təhsili, işçisi və şagirdi 5 il ərzində xeyli yol qət edib. Artıq STEAM Azərbaycan təhsilinin ayrılmaz hissəsidir. Gələcək təhsilin bu gün atılan ilk addımlarıdır. Ötən il festival sırf ölkəni əhatə edirdisə, artıq bu il beynəlxalq səviyyədə keçirilir".

STEAM Azerbaycan Festivalının final mərhələsində "Gələcəyin aqronom şəhəri" layihəsi də iştirak edir."Rəqəmsal aqronomlar" komandasının rəhbəri Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin Fizika-riyaziyyat müəllimi Elçin Abbasov “Report”a açıqlamasında layihənin məqsədindən danışatraq bildirib ki, zaman keçdikcə insan sayının artması boş ərazilərin azalmasına gətirib çıxarır:

“Böyük şəhərlərdə parklara, istirahət məkanlarına ayrılan torpaq sahələri ya azalır, ya da ləğv edilir. Komandamızın təklif etdiyi kimi binaların üstündə parklar salınarsa, bu parklar həm bina sakinlərinin binanın içərisində yerləşdirilən lift vasitəsilə binanın üstünə qalxaraq parkda istirahət etməsinə, həm də binadakı oksigen faizinin artmasına faydalı olacaq. Buparkdakı ağacların, yaşıllıqların suvarılması, gübrələnməsi müasir texnologiya ilə həyata keçirilərsə, parkın yaşıllığını qorumaq üçün işçi qüvvəsi lazım olmaz, olsa da az sayda lazım olacaq”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...