Bakıda Beynəlxalq Ərəb dili Günü qeyd olunub

“Azərbaycanın ərəb dünyası ilə sıx əlaqələri var, ölkədə ərəb dilinin öyrənilməsinə həmişə böyük önəm verilib”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla bu gün əksər ərəb dövlətlərinin Azərbaycanda akkreditasiya olunmuş səfirlərinin və diplomatik missiya nümayəndələrinin iştirakı ilə Beynəlxalq Ərəb dili Gününə həsr olunmuş tədbirdə deyib.

O, ərəb dünyası dövlətləri ilə əlaqələr baxımından ərəb dilinin əhəmiyyətini vurğulayıb: "Azərbaycanın ərəb dünyası ilə sıx və ciddi əlaqələri var. Siyasi, iqtisadi, dini sahələrdə bu əlaqələr inkişaf edir. Bu ölkələrə inkişaf, sabitlik və firavanlıq arzu edirəm”.

K.Abdulla ərəb dövlətləri ilə sıx əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin böyük yol oynadığını nəzərə çatdırıb: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti davam etdirir”. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərəb dövlətlərinin dəstəyini hiss etdiyini əlavə edib.

Qələbədən sonra bir çox məsələlərin həll edilməli olduğunu vurğulayanADU-nun rektoru ilk növbədə, vəhşicəsinə dağıdılan işğaldan azad edilmiş ərazilərin bərpası işində ərəb dövlətlərinin Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyibki, bu günün Bakıda qeyd olunması ADU-nun ərəb dilinin öyrənilməsinə necə önəm verdiyinin göstəricisidir.

“Ərəb dili Quranın dili olduğu üçün insanları birləşdirir”, - Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxışı zamanı deyib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...