tehsil_xeberleri_metn Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub - Təhsil xəbərləri

Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub

Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub

Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub.

"Report"xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Rektor Anar Nağıyev bu gün yeni prorektoru kollektivə təqdim edib.

Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...