Bakı məktəbliləri arasında oxu və yaradıcılıq müsabiqəsi keçirilir

Bakı məktəbliləri arasında oxu və yaradıcılıq müsabiqəsi keçirilir - 1

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi keçirilir.

AzEdu.azxəbər verir ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.

İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları (VIII –XI siniflər) üzrə şagirdləri iştirak edəcəklər.

Birinci mərhələdə şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Şəhər mərhələsində isə şagirdlərin təqdim etdikləri gündəliklərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək.

Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər birinci, 5 nəfər ikinci, 5 nəfər üçüncü yer olmaqla, ümumilikdə 15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə təşəkkürnamə təqdim ediləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...