tehsil_xeberleri_metn Bakı məktəblərində aylıq operativ monitorinqlər aparılacaq

Bakı məktəblərində aylıq operativ monitorinqlər aparılacaq

Bakı məktəblərində aylıq operativ monitorinqlər aparılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin (TDM) hazırladığı Məktəbin İnkişaf Planı təqdim olunub.

İdarədən"Report"a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədova, TDM-in metodistləri, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 5 ümumi təhsil müəssisəsinin (45, 155, 201, 306 və 310 nömrəli) rəhbərləri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələrinin aparması, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələrin təşkil edilməsi təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması baxımından mühüm rol oynayır.

Görüşdə Məktəbin İnkişaf Planı hazırlanmış 5 ümumi təhsil müəssisəsində bu istiqamətdə fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təhsil müəssisələrinə təqdim olunan Məktəbin İnkişaf Planının bir il müddətində icra olunması nəzərdə tutulub. Məktəbin İnkişaf Planının həyata keçirilməsi prosesinin izlənilməsi məqsədilə məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq.

Onu da qeyd edək ki, növbəti 5 təhsil müəssisəsi üzrə də Məktəbin İnkişaf Planının hazırlanmasına başlanılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...