Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu barədə "Report"a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd olunub ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktyabrın 12-si saat 11:00-dəkwww.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...