AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

UNESCO-nun maliyyə dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) həyata keçirdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib.

Təlimlərin ilk günü AzTU-nun beynəlxlaq əlaqələr üzrə prorektoru Sübhan Namazov şagirdləri salamlayıb və layihə haqqında məlumat verib.

Sübhan Namazov iqtisadiyyatın inkişafında mühəndislik peşəsinin əhəmiyyəti, bu sahəyə qadınların da töhfəsinin zəruriliyi, müasirləşən mühəndislik peşələrinin qadınlar üçün uyğunluğu, eləcə də AzTU-nun tələbə qızlarının bu istiqamətdə qazandığı uğurlar haqqında danışıb.

Daha sonra layihənin gender üzrə mütəxəssisi Günel Ağabəyli mühəndis qızların uğur hekayələrindən və dünyada bu peşədə təmsil olunan qadınların nailiyyətlərindən söhbət açıb.

Qeyd olunub ki, layihə çərçivəsində şagirdlərə STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, “Python” təlimləri və mühəndislikdə qadınların iştirakının təşfiqi mövzularında silsilə təlimlər və seminarların keçirilirməsi nəzərdə turulub.

Qeyd edək ki, təlimlərə AzTU-nun və digər müəssisələrin bu sahədə ixtisaslaşan peşəkar mütəxəssisləri rəhbərlik edir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...