AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb

AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

AzTU-danAZƏRTAC-a bildirilib ki, iclasda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat təqdim olunub. Həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, 2022-ci ildə AzTU-nun elmi-tədqiqat və innovasiya fəaliyyəti haqqında da hesabat verilib. Bildirilib ki, ötən il aparılan tədqiqat işlərinin nəticələrinə uyğun professor-müəllim heyəti üçün diferensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təqdim edilən məlumatlar təsdiqlənib. Belə ki, professor-müəllim heyəti arasından 64 nəfərin əməkhaqqına bu il ərzində əlavələrin edilməsi, həmçinin 85 əməkdaşın beynəlxalq bazalara daxil olan elmi nəşrlərdə dərc olunan məqalələrə görə mükafatlandırılması təsdiq edilib.

Müzakirələrdən sonra əməkdaşların layihə əsaslı tədqiqat və nəşr işinin gücləndirilməsi, həmçinin sənaye əhəmiyyətli tədqiqatların aparılmasına diqqətin artırılması barədə qərar qəbul edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...