AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək
![AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/1381/1381-azmiu-emekdaslarina-bir-ayliq-maaslari-hecminde-pul-mukafati-verilecek-1.jpg?1711359904)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.
"Report"xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ali təhsil müəssisəsinin bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.