Azərbaycanlı tələbə ABŞ-ın 3 universitetində doktoranturaya birbaşa qəbul oldu

Azərbaycanlı tələbə ABŞ-ın 3 universitetində doktoranturaya birbaşa qəbul oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.

Publika.azxəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb.

Paylaşımı təqdim edirik:

"Daha bir tələbəmizin uğurunu paylaşmaqdan qürur duyuram!

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-də tam təqaüdlə doktoranturaya qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.

Onun Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində Kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.

Fəxrəddin təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir. BANM tələbəsinin bu universitetdən qazandığı illik təqaüdün məbləği 74,5 min ABŞ dolları təşkil edir.

Fəxrəddin Bakı Ali Neft Məktəbinə 690 balla daxil olub.

Tələbəmizi təbrik edir və onunla qürur duyuruq!"

Mehti Kamiloğlu

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...