Azərbaycanlı təhsil işçiləri beynəlxalq təcrübə proqramında iştirak ediblər

Bakı, 27 mart,AZƏRTAC

“Təhsildə beynəlxalq uğur” təcrübə proqramı çərçivəsində bir qrup azərbaycanlı təhsil işçisinin və məktəb direktorunun martın 18-24-də Estoniya, İsveç və Latviyaya səfəri reallaşıb.

AZƏRTACxəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Estoniyadan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış, Azərbaycandan Cəfər Mənsiminin müşayiəti ilə Estoniya, İsveç və Latviyanın ən qabaqcıl təhsil müəssisələrini ziyarət edərək qabaqcıl təcrübələrlə tanış olublar.

Təcrübə proqramı Latviyanın paytaxtında yerləşən Riqa Dövlət Klassik Gimnaziyasına ziyarətlə başlayıb. Baltikyanı ölkələrin ən böyük gimnaziyası sayılan bu təhsil ocağının rəhbəri, həmyerlimiz Roman Əliyev iştirakçılara müəssisə haqqında geniş məlumat verib və Azərbaycan təhsil işçiləri ilə fikir mübadiləsi aparıb. Nümayəndə heyətinin üzvləri bir neçə qrupa bölünərək dərslərdə də iştirak edib.

Proqramın növbəti hissəsində iştirakçılar İsveçin paytaxtı Stokholm şəhərində yerləşən və özünəməxsus təhsil metodları ilə seçilən Jensen Gimnaziyasını ziyarət ediblər. Gimnaziyanın proqram rektoru Rut Lindquist və müəllimləri müəssisə barədə ətraflı məlumat verib, təcrübələrini bölüşüblər.

İştirakçılar Tallinin ən qabaqcıl təhsil müəssisələrindən sayılan və 400 illik tarixə malik Gustav Adolf Gimnaziyasının da təcrübəsi ilə tanış olublar. Gimnaziyanın direktoru Henrik Salum Azərbaycanın təhsil işçilərinə gimnaziyanın tarixi haqqında geniş məlumat verib. Daha sonra direktorun iştirakı ilə gimnaziyanın sinif otaqları, burada yaradılan guşələr, təhsil təcrübələri ilə tanışlıq olub, fikir mübadiləsi aparılıb.

Təcrübə proqramı çərçivəsində iştirakçılar məktəblərdə tədrisin təşkili, səmərəli idarəçilik, valideynlərlə əməkdaşlıq, metodiki iş, müəllimlərin peşəkar inkişafı, tədrisdə innovasiya, liderlik, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.

Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, bu layihə Estoniyanın Karyera Təhsil Akademiyası və təhsil işçilərinin təcrübə və kommunikasiya platforması - “T-Network”un təşkilatçılığı ilə həyata keçirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...