tehsil_xeberleri_metn Azərbaycanın təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb -YENİLƏNİB

Azərbaycanın təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb -YENİLƏNİB

Azərbaycanın təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb -YENİLƏNİB

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın təhsil naziri Emin Əmrullayeviki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

“Report”un yerli bürosunun xəbərinə görə, qeyd edilib ki, Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, Gürcüstan tərəfi Azəbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı itiqamətində işlərini davam etdirəcək.

Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.

Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan səfiri Faiq Quliyev də iştirak edib.

13:10

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.