tehsil_xeberleri_metn Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib

Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib

Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib

Yanvarın 23-24-də Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahanlar keçirilib.

Bu barədə"Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq ötən il aprelin 29-da Azərbaycanın səhiyyə naziri “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalayıb. Səhiyyə Nazirliyinin Kollegiyası da həmin əmrə əsasən "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası”nı təsdiqləyib. Bu baxımdan ötən il dekabrın 7-dək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb. İmtahanların ilk mərhələsi yanvarın 23-24-də baş tutub və həmin gün namizədlərə elektron kabinet vasitəsilə nəticələr göndərilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.