tehsil_xeberleri_metn Azərbaycanda tələbələrin neçə faizində internet asılılığı var?

Azərbaycanda tələbələrin neçə faizində internet asılılığı var?

Azərbaycanda tələbələrin neçə faizində internet asılılığı var?

Xəzər universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin psixologiya kafedrasının müəllimi Mələk Kərimova türkiyəli mütəxəssis Səlim Günüçlə birlikdə internet asılılığının müəyyənləşdirilməsi ilə bağlı testi Azərbaycanda istifadəyə uyğunlaşdırıblar.

Bu test 1146 tələbə üzərində sınaqdan keçirilib, ilk empirik test olaraq, ABŞ-ın “Journal of Education və Training Studies” (https://redfame.com/journal/index.php/jets/index) nəşrində online dərc edilib.

Lent.az-ın məlumatına görə, “İnternet asılılığımızın olub-olmadığını necə bilərik?” adlı testi türkiyəli mütəxəssislər Səlim Günüç və Murad Kayri 2010-cu ildə birlikdə hazırlayıblar.

Tədqiqatda eyni zamanda Azərbaycan tələbələri arasında internet asılılığının hansı vəziyyətdə olduğu müəyyən edilib: “Nəticələrə görə, tələbələrin 48.1% internet asılılığı olan, 51.9% internet asılılığı olmayan qrup kimi qarşımıza çıxmaqdadır. Bu, profilaktik tədbirlərin həyata keçirilməsinin zərurətini ortaya qoyur”.

Bu tədqiqat Azərbaycan psixoloqlarının gələcəkdə görəcəyi tədbirlər və yeni elmi işlər üçün böyük əhəmiyyət kəsb edir. Başqa ölkələrdə istifadə edilən və sadəcə olaraq, tərcümə edilərək istifadə edilən psixoloji testlər elmi olaraq doğru hesab edilməməkdədir. Bu mənada Azərbaycan cəmiyyətinə uyğunlaşdırılan və elmi olaraq yoxlanılan testlərin tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu test elmi təsdiqini tapmış klinik test olaraq psixoloqlar, psixiatrlar tərəfindən istifadə edilə bilər.

Mələk Kərimovanın sözlərinə görə, son illərdə texnologiyanın inkişafına bağlı olaraq yeniyetmə və gənçlər arasında internetdən istifadə geniş yayılıb: “Artıq internetsiz, cib telefonu olmadan həyatı düşünmək belə insana ağlasığmaz gəlir. İnternet müxtəlif məqsədlərlə istifadə edilir. İnternet insanlar arasındakı ünsiyyət üçün bir mənbəyə çevrilməklə bərabər, onları təcili xəbərləşmə, əyləncə, oyun, ticarət və s. kimi faydaları ilə özünə çəkir. İnternet vaxt anlayışının önünə keçərək işlərimizi asanlaşdırır. Təbii ki, faydaları ilə yanaşı, internetin zərərləri də qaçılmazdır. Məqsədsiz, hərəkətsiz saatlarla internet qarşısında əyləşən və fərqində olmadan internetdən asılı hala gələn insanların sayı da gündən-günə artmaqdadır.

İnternet asılılığı artıq dünyadakı mütəxəssislərin diqqətini çəkməkdədir. İlk dəfə Goldberg (1996) və daha sonra Young (2013) kimi mütəxəssislər “internet asılılığı” termini üzərində işləyiblər. Onlar “patoloji internet istifadəsi” terminindən istifadəni uyğun hesab ediblər. Hansı terminologiyanın istifadə edilməsindən asılı olmayaraq, bu, əsrin problemi olaraq yaxın gələcəkdə qarşımıza çıxacaq. Bu mənada internet istifadəçiləri arasında internet asılılığı olan və olmayanların düzgün şəkildə müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...