tehsil_xeberleri_metn Azərbaycanda peşə təhsilində köklü problemlər var - Təhsil xəbərləri

Azərbaycanda peşə təhsilində köklü problemlər var

Azərbaycanda peşə təhsilində köklü problemlər var

Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür.

"Report"xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bildirib.

"Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı. Şagird orta məktəbdən məzun olub ya peşə məktəbinə, ya da kollecə gedir. Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb 10-11-ci sinfi bitirməli idi", - o qeyd edib.

E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir: "Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü və yaxşı idi, bəs niyə bərpası mümkün deyil?! Peşə təhsilinin strukturunun müəyyənləşməsi lazımdır".

"Son illər peşə təhsilinə maraq artıb. Lakin əvvəllər uzun illər ərzində əhalinin böyük hissəsi peşə təhsili almayıb. İl ərzində ölkədə 150 minə yaxın uşaq doğulursa, bunlardan bəlli hissəsi bəlli səbəblərə görə 18 yaşına çatmır. Əvvəlki dövrdə 17-20 min ali, 10-15 min peşə, 15 minə yaxın şəxs isə orta ixtisas təhsilinə yiyələndəyini görürdük. 20 illik dövrdə isə təxminən 3 milyon insanın formal peşə hazırlığı yoxdur. Çox insan görür ki, hər hansı iş üçün diplom elə də önəmli deyil, ona görə də diplom almaq üçün maraq göstərmir", - nazir deyib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...