Azərbaycanda hansı universitetlər ən bahalı və ən ucuzdur?

Azərbaycanda hansı universitetlər ən bahalı və ən ucuzdur? - 1

Azərbaycanda ali təhsil müəssisələrində təhsil qiymətləri 1000-8500 manat arasında dəyişir.

Trendbu barədə araşdırma aparıb.

Məlum olub ki, Azərbaycanda ən bahalı ali təhsil müəssisələri Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Tibb Universiteti, Bakı Musiqi Akademiyası (BMA), Qərbi Kaspi Universiteti, bəzi ixtisaslar üzrə isə Bakı Dövlət Universiteti (BDU) və Rəssamlıq Akademiyasıdır.

Belə ki, ADA-da Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 6000-6500 manat arasında dəyişir, xarici tələbələr üçünsə bu, 8500 manatdır. Xəzər Universitetində bu rəqəm 4000-5000, Azərbaycan Tibb Universitetində 4000-4500 manat arasındadır. Bakı Ali Neft Məktəbində də illik təhsil haqqı əksər ixtisaslar üzrə təxminən 4500 manatdır.

BDU-da fərqli ixtisaslar üzrə illik təhsil haqqı müxtəlifdir, ən bahalı ixtisas isə hüquqşünaslıqdır. Belə ki, universitetdə bu ixtisas üzrə qiyabi təhsil almaq üçün illik ödəniş 3600 manat, əyani təhsil üzrə isə 4500 manatdır.

Yüksək təhsil haqqı qabiliyyət tələb edən ixtisaslarda da özünü göstərir. Məsələn, Bakı Musiqi Akademiyasında qiymətlər 2000-3500 manat arasında dəyişir. BMA ilə müqayisədə Milli Konservatoriya və Mədəniyyət və İncəsənət Universitetində isə illik təhsil haqqı müvafiq olaraq standart 2000 və 1800 manat təşkil edir.

Rəssamlıq Akademiyasında da dizayn ixtisası bahalı ixtisaslar arasındadır. Belə ki, bu ixtisasın illik təhsil haqqı 3000 manatdır.

Harada daha ucuz təhsil almaq mümkündür sualına gəlincə, Azərbaycan ali məktəblərində minimum təhsil ödənişi 1000 manatdır.

Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Zaqatala filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında illik təhsil haqqı 1000 manat olan tək-tük ixtisaslar var.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...