tehsil_xeberleri_metn Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib - Təhsil xəbərləri

Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə müxtəlif çeşiddə ərzaq yardımı edilib.

AMEA-dan"Report"a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub.

Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri əməkdaşlara ərzaq sovqatı paylamaqla yanaşı, onlarla maarifləndirici söhbətlər aparıb, əməkdaşları hər zaman vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar.

Aksiyada çıxış edən Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoruSitarə Bağırovaəməkdaşları Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

O, institutda bu il artıq 4-cü dəfədir həyata keçirilən bu təşəbbüsün maddi dəstəyə ehtiyacı olan əməkdaşlar, o cümlədən Qarabağ müharibəsi veteranları, şəhid ailələri və məcburi köçkünlər kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu vurğulayıb.

S.Bağırova yardım aksiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professorHabil Qurbanova öz təşəkkürün bildirib.

Yardım göstərilən ailələr diqqət və qayğıya görə AMEA-nın Azad Həmkarlar İttifaqına və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.