Azərbaycanda “Azərbaycan tarixi” fənninin tədrisini istəməyənlər də varmış (bu fənni ləğv edirlər)?

Azərbaycanda “Azərbaycan tarixi” fənninin tədrisini istəməyənlər də varmış (bu fənni ləğv edirlər)?

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə edilməsi barədə məlumat yayıb.

İnstitutdan Trend-ə verilən açıqlamada bildirilir ki, müzakirə zamanı bundan sonra orta məktəblərdə “Azərbaycan tarixi”nin ayrıca fənn kimi tədris olunmayacağı bildirilib.

Təklif edildiyinə görə, xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq: “Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur. Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu. Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?! Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz!”

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov isə Trend-ə açıqlamasında deyilənləri həqiqətə uyğun saymayıb. Onun sözlərinə görə, bu fikirlər kiminsə subyektiv fikirləri ola bilər. Bu fikirləri institutun rəsmi məlumatı kimi qəbul etmək olmaz. Çünki institutda bu məsələ ilə bağlı rəsmi müzakirələr aparılmayıb: “Kimsə deyə bilər ki, hansısa fənn birləşsin, amma heç bir qərar yoxdur”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......