Azərbaycan və Türkiyənin elmi qurumları arasında əlaqələr genişləndirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Ozgenlə görüşüb.

Akademiyadan"Report"a bildirilib ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgen Azərbaycan və Türkiyənin elmi qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb, qarşılıqlı maraq doğuran məsələlərin həllində birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iki elmi qurum arasındakı əlaqələrdən bəhs edib, bir sıra ortaq layihələrin həyata keçirilməsinin, elmi nəşrlərin mübadilə edilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə bağlı qarşılıqlı şəkildə Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdə hər iki ölkənin elmi qurumlarının təmsil olunması haqqında danışılıb.

Atatürk Kültür Mərkəzinin rəhbəri, professor Zəki Əraslan və Türk Dil Qurumu başqanının müavini, dosent Omər Gök çıxış edərək rəhbərlik etdikləri qurumlar haqqında məlumat verib, AMEA ilə elmi əməkdaşlıq məsələləri barədə fikir və mülahizələrini səsləndiriblər.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgen imzalayıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...