Azərbaycan təhsilinə nə qədər pul xərclənilir?

Azərbaycan təhsilinə nə qədər pul xərclənilir? - 1

Azərbaycanda gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılacaq məbləğ bu illə müqayisədə 2,3 milyon manat və ya 0,1 faiz çox olacaq.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 713,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 0,1 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 711,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb ki, onun da 1 692,7 milyon manatının icra ediləcəyi gözlənilir.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 940,1 mln. manatı və yaxud 54,9 faizi ümumi təhsil xərclərinin, 497,9 mln. manatı və yaxud 29,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, bakalavriat və magistratura pillələri üzrə xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.), 157,4 mln. manatı və yaxud 9,2 faizi məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı və yaxud 2,2 faizi ali təhsil xərclərinin 43,6 mln. manatı və yaxud 2,5 faizi orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı və yaxud 2,0 faizi ilk-peşə ixtisas təhsilinin, 3,6 mln. manatı və yaxud 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5139,4 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 111,2 mln. manat və ya 2,2 faiz çoxdur.

Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,6 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 7,8 faiz-bənd çoxdur.

2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 871,3 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 65,0 mln. manat və ya 8,1 faiz çoxdur.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda bildirilib ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və drama...

Azərbaycanda ilk dəfə daş qaban fiquru aşkarlanıb

Azərbaycanda ilk dəfə daş qaban fiquru aşkarlanıb

Cəlilabad rayonunda daş qaban (çöldonuzu) fiquru aşkar edilib. "Report"un Muğan bürosunun məlumatına görə, maddi mədəniyyət nümunəsi rayonunun Yaqublu kəndi ərazisində, Adsız təpədə tapılıb. Tarixçilər daş fiqurun Neolit dövrünə aid olmasını ehtimal

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Esse mərhələsi Bakı və Sumqayıt şəhərlər...

Azərbaycanda təhsil alan əcnəbilərin sayı azalırmi?

Azərbaycanda təhsil alan əcnəbilərin sayı azalırmi?

Azərbaycanda təhsil alan əcnəbilərin son 5 tədris ili üzrə sayı açıqlanıb.Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci ...