Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahan prosesi izlənilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahan prosesi izlənilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan prosesi izlənilib.

"Report"xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, "Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, təhsil eksperti Şahlar Əsgərov və başqaları iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova imtahan prosesi ilə bağlı məlumat verib.

Daha sonra iştirakçılar 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər.

Professor G.Məmmədova bildirib ki, imtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.

Onun sözlərinə görə, bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.

Rektor bildirib ki, imtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. O qeyd edib ki, test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zalları fəaliyyət göstərir".

Professor vurğulayıb ki, imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.

Sessiyanın gedişində universitetdə Açıq Qapı Günləri və mediaturlar təşkili olunur.

Tədbirdə qeyd edilib ki, üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...