tehsil_xeberleri_metn Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru kimdir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru kimdir?


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru kimdir?

Xəbər verdiyimiz kimi, bu gün ölkə prezidenti İlham Əliyev Mustafa Baba oğlu Babanlını Azərbaycan Dövlət Neft Akademiyasına rektor təyin etdi.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.BabanlıAMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.

M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunub.

Mustafa Babanlı bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Babanlı Mustafa Baba oğlu 1968-ci il fevralın 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, həmin il Kiyev Texniki Universitetinin (əvvəlki KPİ) Mühəndis-fizikası fakültəsinin "Metallar fizikası" ixtisasına daxil olub. M.Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutunun) Mühəndis-fizikası fakültəsinin "Metallar Fizikası" ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

O, 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, 01.04.07 - "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq kafedrasında işləyib. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

04.11.2010-cu il tarixində Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 29.12.2010-cu il tarixdə müsabiqə yolu ilə Metallurgiya və metalşünaslıq kafedrasının professoru vəzifəsinə seçilib.

1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Dağ-Mədən Akademiyası - Texniki Universitet (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində "STCU-453" (1997-1999), "DNİPRO" (1999-2002), "ECONET" (2002-2005), "STCU-3520" (2006-2009), "CNRS-ANAS" (2009-2010), "CNRS-ANAS" (2010-2011) "STCU-5078" (2010-2011) və "STCU-5595" (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.

O, 27.02.2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23.01.2009-cu ildə "Materialşünaslıq" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Elmi iş stajı 22, pedaqoji iş stajı isə 17 ildir.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...