tehsil_xeberleri_metn Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir haqqında

Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir haqqında

Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir haqqında

Dövlət Dil Komissiyası yanında Moni­to­rinq Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq tədbir keçirilib.

"Report"xəbər verir ki, dövlət dili olan Azərbaycan dilinin qorunması, onun beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılması ilə bağlı təşkil olunan tədbirdə Mərkəzin əməkdaşları və dünyanın 30-a yaxın (Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, İsveçrə, Misir, Çin, Niderland, Almaniya, Belçika, Polşa, Fransa və s.) ölkəsində yaşayan və müxtəlif qurumlarda çalışan 40-dan çox azərbaycanlı iştirak edib.

Mər­kə­zi­n direktoru professor Sevinc Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xaricdə yaşayan soydaşlarımızı ürəkdən təbrik edərək bu əlamətdar günün tarixindən bəhs edib. O, milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən bu günün qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Tədbir zamanı Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin və Misir – Azərbaycan Dostluq Cəmiyyətinin sədri və həmtəsisçisi Seymur Nəsirov çıxış edərək yaşadığı ölkədə Azərbaycan dilinə böyük marağın olduğunu bildirib və mindən çox əcnəbi tələbənin bu dili öyrənməsindən bəhs edib.

Tədris prosesini daha da təkmilləşdirmək üçün natiq müxtəlif təkliflər də irəli sürüb, eləcə də “Əcnəbilər üçün Azərbaycan dili” proqramlarının hazırlanmasının zəruriliyini, danışıq mühitinin yaradıl­ma­sı­nın, eləcə də səviyyələr üzrə xüsusi dərsliklərin nəşr olunmasının vacibliyini qeyd edib.

Tədbirdə Pekin Xarici Dillər Universitetinin Asiya – Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı Aqşin Əliyev bildirib ki, hazırda çalışdığı fakültədə 30-a yaxın fənn tədris olunur və bu, əcnəbilər üçün nəzərdə tutulmuş Azərbaycan dili üzrə ilk ixtisaslaşmış fakültədir.

Aqşin Əliyev ölkə xaricində Azərbaycan dilinin tədrisi üçün nəzərdə tutulmuş dərsliklərin keyfiyyəti ilə bağlı iradlarını da dilə gətirib. Təklif edilib ki, məhz əcnəbi tələbələr üçün təhsil mərhələlərinə uyğun olaraq proqram və dərsliklər hazırlansın.

Çıxış edən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü, Amerika – Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov Amerika məktəblərində Azərbaycan dilinin tədris olunması üçün layihə təklif edildiyini və bu mövzu ilə bağlı ingilislərə məxsus metodologiyanın işlənib hazırlandığını diqqətə çatdırıb.

Digər çıxışlarda Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunu artırmaq, təbliği və tədrisini təmin etmək məqsədilə bəzi ölkələrdə həftəsonu məktəblərinin olması, Niderlandda “Milli dərs” layihəsinin həyata keçirilməsi, eləcə də Bolqarıstanda Azərbaycan ədəbiyyatı nümunələrinin bolqar dilinə tərcümə edilməsi və Avropada Şuşa haqqında kitabın işıq üzü görməsi haqda məlumat verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...