Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub - SİYAHI

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub - SİYAHI - 1

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib.

"Report"un məlumatına görə, Mərkəzin təhlilləri göstərir ki, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlər var.

Lüğətə salınması təklif olunan sözlər aşağıdakılardır:

"birdəqiqəlik", "yüksəksəviyyəli" və bu qəbildən olan "eyniquruluşlu", "ikidövrəli", "dünyamiqyaslı", "yüzdəyüz", "yansımaq", "randevu".

Həmçinin, Mərkəz "soyqırımı" sözünün "soyqırım" kimi yazılmasını təklif edib.

Qeyd olunub ki, orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən əlavələrin edilməsinə ehtiyac duyulur.

Buna görə də təklif edilib ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop əyri xətt (/) də əlavə olunsun.

Bildirilib ki, bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur.

Məsələn: baş çavuş - b/çavuş; baş laborant- b/laborant; baş müəllim b/müəllim; kiçik çavuş - k/çavuş və s.

Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən nəşr olunacaq. Lüğətin təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...