Avropa Şurasının Bakı Ofisinin rəhbəri BDU-nun tələbələri ilə görüşüb

Avropa Şurasının (AŞ) Bakı Ofisinin rəhbəri, səfir Petr Zix Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri ilə görüşüb.

BDU-danAZƏRTAC-a bildirilib ki, hüquq fakültəsinin dekanı Zaur Əliyev AŞ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin Hüquq fakültəsinin tələbələri qarşısında ilk dəfə mühazirə ilə çıxış etdiyini vurğulayıb. O, bunun Hüquq fakültəsi ilə AŞ arasında tədris sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunun mühüm göstəricisi olduğunu qeyd edib.

Sonra səfir Petr Zix “Avropa Şurası hüququnun əsasları” mövzusunda mühazirə söyləyib. Səfir tələbələrə Avropa Şurasının tarixi, yaranmasını şərtləndirən tarixi-siyasi mühit və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AŞ-yə üzvlüyün əhəmiyyətini diqqətə çatdıran səfir Azərbaycanın tərəfdaş olduğu konvensiyaların implementasiyasından danışıb. Həmçinin konvensiyaların hazırlanma və qəbul olunma prosedurunu izah edib.

Sonda Petr Zix tələbələrin suallarını cavablandırıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...