Aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqısı nə vaxt artacağı bəlli oldu

2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.
Bu barədə Milli.Az-a Təhsil Nazirliyindən məlumat veriblər.
Qeyd edilir ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.
Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.
İlkin İzzət
Milli.Az