Reklam alanı

Anadolu Universitetinin professorunun tələbə-jurnalistlərə ustad dərsi

Sosial

Anadolu Universitetinin professorunun tələbə-jurnalistlərə ustad dərsi

20.09.2025
70 baxış
Anadolu Universitetinin professorunun tələbə-jurnalistlərə ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsində Türkiyənin Anadolu Universitetinin Mətbuat və yayım bölümünün professoru Ömər Özər “Mediada şiddət xəbərlərinin işıqlandırılması” mövzusunda mühazirə söyləyib.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Professor Ö.Özər tələbələrə zorakılıqla bağlı xəbərlərin KİV-də yayılmasının fəsadları barədə ətraflı məlumat verib, problemin etik tərəflərinin aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, intihar xəbərlərinin, ailədaxili zorakılıq hallarının ictimailəşdirilməsi, həmçinin qadına şiddətlə bağlı informasiyaların geniş auditoriyalara ötürülməsi belə neqativ nümunələrin cəmiyyətdə yayılmasına və adiləşməsinə səbəb ola bilər.

Türkiyə mediasından praktik örnəklər gətirən professor qeyd olunan halların qarşısının alınması üçün gənc jurnalistlərə etik kodekslərə ciddi riayət etməyi və məsələyə həssas yanaşmağı tövsiyə edib.

Qeyd edək ki, professor Ömər Özər mədəniyyətlərarası kommunikasiya, kommunikasiya nəzəriyyələri və xəbər sosiologiyası, televiziya jurnalistikası üzrə bir çox elmi tədqiqatların müəllifidir.

Reklam alanı