tehsil_xeberleri_metn AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ankarada AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report"xəbər verir ki, müqavilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli ilə Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor doktor Müzəffər Şəkərlə görüşdə imzalanıb.

Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib. TÜBA rəhbəri iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Professor TÜBA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək nəzərə çatdırıb ki, xüsusən humanitar və ictimai elmlər üzrə əməkdaşlığın genişləndirilməsi, yüksələn xətlə inkişaf etməsi sahəsində hər iki elmi qurum böyük imkanlara malikdir. Akademiya rəhbəri bugünkü mövcud reallığa əsaslanan strateji elmi əməkdaşlıq münasibətlərinin böyük gələcəyinə inamını ifadə edib.

Sonra Azərbaycanla Türkiyə arasında bütün sahələrdə hərtərəfli əməkdaşlığın geniş vüsət aldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hər iki ölkə rəhbərlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi dostluq və əməkdaşlıq əlaqələrinin elm sahəsində də yeni inkişafa geniş yol açdığını bildirib. Akademiya rəhbəri qarşılıqlı elmi münasibətlərin müasir mərhələdəki prioritet istiqamətlərindən söz açıb. Akademik İsa Həbibbəyli hazırda yeniləşmə prosesi mərhələsində olan AMEA-nın beynəlxalq elmi qurumlarla əlaqələr yaratmaq sahəsindəki addımları barədə məlumat verib.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə əlaqədar olaraq AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfranslarda qardaş Türkiyənin görkəmli alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və TÜBA-nın prezidenti, professor doktor Müzəffər Şəkər imzalayıblar. Qeyd edək ki, müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və sair məsələlər öz əksini tapıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...