tehsil_xeberleri_metn AMEA Rəyasət Heyətinin iclası keçirilib - Təhsil xəbərləri

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-danAZƏRTAC-a bildiriblər ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına Azərbaycan xalqının milli dövlət bayramı statusu verildiyini vurğulayan akademik İsa Həbibbəyli Mərkəzi Asiya ölkələrində və Türkiyədə də rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib.

Sonra AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Novruz bayramının mifoloji kökləri və sosial-mədəni semantikası” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

Bildirilib ki, son dövrlərdə AMEA-nın ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına, Avrasiya Universitetləri Birliyinə və Dünya Elmlər Akademiyasına tam səsvermə hüququna malik üzvlüyə qəbul edilib.

Sonra AMEA Rəyasət Heyəti Aparatının şöbələrinin əsasnamələri müzakirə olunub və təsdiqlənib.

İclasda AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiyanın yaradılması qərara alınıb. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd olunması haqqında qərarlar qəbul edilib.

Sonda AMEA-nın ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.

AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, professor Elton Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.