tehsil_xeberleri_metn AMEA prezidenti: "Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir"

AMEA prezidenti: "Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir"

AMEA prezidenti: Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir

“İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiqlənməsiQarabağın yenidən qurulması sahəsində möhtəşəm dövlət proqramıdır. Bu, XXI əsrdə azad Qarabağın mükəmməl yol xəritəsidir”.

"Report"xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı Böyük Qayıdışın manifestidir: "Bu, Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyini əyani şəkildə təsəvvür etməyə imkan yaradan böyük bələdçidir. İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqrammı siyasi-ideoloji cəhətdən əsaslandırılmış sənəddir:

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı» müddəaları həm də ciddi elmi əsaslara malikdir. Hesab edirəm ki, təqdim edilən Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev proqramı kimi daxil olur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər dövlət proqramları kimi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan Dövlət Proqramının həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə həyata keçirəcəklər”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.