tehsil_xeberleri_metn AMEA-nın “Meridian” akt zalında ilk müşavirə - Təhsil xəbərləri

AMEA-nın “Meridian” akt zalında ilk müşavirə

AMEA-nın “Meridian” akt zalında ilk müşavirə

Fevralın 13-də AMEA Rəyasət Heyətinin binasında daxili imkanlar hesabına “Meridian” akt zalı istifadəyə verilib.

Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, “Meridian” akt zalında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə ilk müşavirə keçirilib. İsa Həbibbəyli istifadəyə verilən yeni akt zalı bir sıra elmi tədbirlərin, AMEA-nın dünyanın elmi qurum və təşkilatları ilə əlaqələrinin daha da genişləndirilməsi, elmimizin dünya elminə inteqrasiyası işinə xidmət edəcək görüşlərin, toplantı və müzakirələrin keçirilməsi üçün nəzərdə tutulduğunu söyləyib.

AMEA Rəyasət Heyəti aparatında struktur islahatlarının əsasən başa çatdırıldığı diqqətə çatdırılıb. Akademik yeniləşməkdə olan AMEA-nın qarşısında duran bir sıra mühüm vəzifələr haqqında ətraflı məlumat verib. Rəyasət Heyəti aparatının işinin təkmilləşdirilməsini, “Elektron Akademiya” şöbəsinin fəaliyyət istiqamətlərinin genişləndirilməsinin vacibliyini bildirən AMEA rəhbəri müasir mərhələdə elmmetrik təhlillərin aparılmasının, elmi nəşrlərin işinin təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri də müzakirə olunub. Bu ildən etibarən AMEA-nın Ümumi yığıncağının formatında bir sıra yeniliklərin olacağı, hesabat məruzəsinin və mühüm nəticələri əhatə edəcək təqdimatların hazırlanmasında müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyi nəzərə çatdırılıb. Martın 16-da keçirilməsi qərara alınan Ümumi yığıncağın formatında nəzərdə tutulan dəyişikliklərin Akademiyanın illik hesabatının geniş elmi ictimaiyyətə çatdırılmasında xüsusi rolunun olacağı diqqətə çatdırılıb.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib, akademik Arif Həşimov, vitse-prezident, akademik İradə Hüseynova, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, eləcə də Rəyasət Heyəti aparatının şöbə müdirləri Hüseyn Hüseynov və Fariz İmranov çıxış edərək fikir və mülahizələrini səsləndiriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.