AMEA-da yeni şöbələr yaradılıb

AMEA-da yeni şöbələr yaradılıb - 1

AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə İşlər İdarəsinin yeni strukturu təsdiqlənib.

"Report"xəbər verir ki, bu barədə İşlər İdarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclasında qərar verilib.

Qərarın icrasından irəli gələrək idarənin tabeliyində struktur bölmələri yaradılıb, eləcə də idarənin əsasnaməsi təsdiq edilib.

Bildirilib ki, AMEA əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin yaradılması, eyni zamanda bu sahədə vahid mərkəzdən koordinasiyanın təmin edilməsi məqsədilə idarənin strukturundaSosial xidmətlər şöbəsiyaradılıb.

Bundan əlavə, AMEA-da çalışan əməkdaşların təhlükəsizliyini təmin etmək, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı ehtimal olunan ziyan və itkilərin həcminin maksimum azaldılması, onların nəticələrinin aradan qaldırılması təxirəsalınmaz mühüm vəzifələrin icrası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər idarəsinin strukturundaMülki müdafiə şöbəsitəşkil edilib.

AMEA-da çalışan elmi işçi və digər əməkdaşların, onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlıq və digər tibbi tədbirlərin həyata keçirilməsi, onların sağlamlığının mühafizəsi istiqamətində vaxtında tibbi xidmətin göstərilməsinin təmin edilməsi zərurəti nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 noyabr 2021-ci il tarixli qərarı ilə İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və hazırda bu istiqamətdə müvafiq işlər görülür.

AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə İşlər idarəsinin tabeliyindəki Yataqxanada Akademiyanın müxtəlif institut və strukturlarının 16 əməkdaşı yerləşdirilib. Həmçinin “Alimlər şəhərciyi”ndə baş plana uyğun olaraq çoxmənzilli hündürmərtəbəli yaşayış binaları və digər tikililərin həyata keçirilməsi üçün Podrat müqaviləsi imzalanıb və tikinti işləri sürətlə davam etdirilir.

Bundan əlavə, AMEA-nın Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının 1694,60 hektar torpaq sahəsi üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə İşlər idarəsinin adına çıxarışın verilməsi üçün müvafiq müraciətlərin edildiyi, eləcə də AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin 1705 hektar torpaq sahəsinin 50 hektar olan hissəsinin təyinatının dəyişdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə yazışmaların aparıldığı bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...