tehsil_xeberleri_metn AMEA-da “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq

AMEA-da “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq.

"Report"xəbər verir ki, bu barədə qərar akademiya Rəyasət Heyətinin sentyabrın 30-da keçirilən növbəti iclasında qərar qəbul olunub.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan birinci məsələ ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında olub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvləri bildiriblər ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir.

Çıxışlarda o da qeyd olunub ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyev elmimizin inkişafında da mühüm xidmətlər göstərib, onun həyata keçirdiyi elmi potensialın qorunması və inkişaf etdirilməsi siyasətinin nəticəsi olaraq Azərbaycan elmi bir sıra uğurlara imza atıb.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin fəaliyyətində milli elmi kadrların hazırlanmasının da xüsusi yer tutduğunu deyən Rəyasət Heyətinin üzvləri bu gün ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdiyi həmin kadrların uğurla fəaliyyət göstərdiklərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görüb. 90-cı illərdə isə onun təşəbbüsü ilə Azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırılıb.

Natiqlər bildiriblər ki, müstəqillik illərində Heydər Əliyev Azərbaycan elminin inkişafı məqsədilə bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də Ümummilli Lider Heydər Əliyevin ənənələrini davam etdirdiyini deyənçıxışçılar qeyd ediblər ki,hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən “elm-təhsil-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir və bu istiqamətlərə uyğun olaraq indi Akademiyada köklü islahatlar aparılmaqdadır: “Bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edir ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”.

Qeyd olunanları nəzərə alaraq, ölkə başçısının Sərəncamının icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-da Komissiya yaradılıb və Akademiyanın geniş tədbirlər planının hazırlanması qərara alınıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2023-cü il fevralın 25-dək nəşrə hazırlanması və məcmuədə AMEA-da və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi barədə qərar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...