tehsil_xeberleri_metn Ali təhsilli müəllimlərin maaşı nə qədər olmalıdır?

Ali təhsilli müəllimlərin maaşı nə qədər olmalıdır?

Ali təhsilli müəllimlərin maaşı nə qədər olmalıdır?

“Təhsil sistemimizdə 255 minə yaxın işçi çalışır. Onların heç də hamısı təhsilverən deyil”.

“Report”xəbər verir ki, bu fikirləri təhsil nazirinin müaviniİdris İsayevdeyib.

“Onların bəziləri müəllimlər, bəziləri idarəedici, bəziləri isə texniki heyətdir. Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışan şəxslərin - müəllimlərin, direktorun, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır. Gənclərin çağırışaqədər hazırlıq rəhbərlərinin vəzifə maaşlarında isə artım 40 faiz təşkil edəcək. Dövlət ümumtəhsil müəssisələrində təxminən 150 min müəllim çalışır. Onların 82 faizi ali təhsillidir. Onların aylıq vəzifə maaşları orta hesabla 564 manatdır. Artımdan sonra onların maaşları təqribən 674 manat olacaq. Bu, bir stavka 18 dərs yükü üçün nəzərdə tutulmuş əməkhaqqıdır. Amma xüsusilə Bakıda faktiki olaraq müəllimlər 18 saatdan çox dərs yükü tədris edirlər. Bakıda bu göstərici orta hesabla 22 saatdır. Beləliklə, ali təhsilli müəllimlərin maaşı təxminən 823 manat təşkil edəcək”, - o bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...