Ali məktəblərin boş qalan plan yerləri necə olacaq?

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
"Report" Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Nabat
Mende telebeyem Insalah Baki Dovlete qebul olaram
Üzeyir
Salam. Mən 2013-cü ildə DİM 1-ci qrup üzrə imtahan verib 149 bal toplamışam. Xahiş edirəm məni məlumatlandırın. Mən bu il ali məktəblərin uyğun ixtisas üzrə boş qalan vakant yerlərini tutmaq üçün müsabiqədə iştirak edə bilərəmmi ? Təşəkkürü edirəm.