Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi BağırovAPA-ya bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: "Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".

Nazirlik rəsmisi qeyd edib ki, 2014-cü ildən etibarən keçirilən diaqnostik qiymətləndirmə həmişə könüllülük prinsiplərə əsaslanıb: "Heç vaxt müəllimin qiymətləndirməyə cəlb olunmasını məcburi etməmişik. Buna baxmayaraq istənilən qiymətləndirmədə davamiyyət 99%-dən aşağı düşməyib. Öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Müəllimlər qiymətləndirmədə iştirak edərək yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər".
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......