tehsil_xeberleri_metn Magistrlərə hərbi xidmət haqqında yenilik - Təhsil xəbərləri

Magistrlərə hərbi xidmət haqqında yenilik

Magistrlərə hərbi xidmət haqqında yenilik

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu məsələ artıq parlamentdə hazırlanan yeni qanun layihəsinə də daxil edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı "Trend"-ə bildirib ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.
M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: “Əgər tələbə magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi xidmətə çağırılır”.
Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib.
Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...