Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb - 1

Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

"Report"xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xatırladaq ki, hər il dövlət başçısının sərəncamı ilə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...