Akademik Musa Rüstəmov dəfn olunub

Akademik Musa Rüstəmov dəfn olunub

Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmov II Fəxri xiyabanda torpağa tapşırılıb.

"Report"xəbər verir ki, mərhumla vida mərasimi AMEA-nın Əsas binasının Dairəvi akt zalında olub.

Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri, ziyalılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.

Vida mərasimini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq akademik Musa Rüstəmovun vəfatının Azərbaycan elmi ictimaiyyəti üçün böyük itki olduğunu bildirib. O, ölkəmizdə kimya sahəsində mühüm elmi nailiyyətləri ilə öz imzasını atmış, neft-kimya elminin inkişafına böyük töhfələr vermiş görkəmli alim, akademik Musa Rüstəmovun səmərəli elmi fəaliyyətindən, Azərbaycan kimya elminin inkişafına verdiyi töhfələrdən söz açıb.

Mərhum akademikin ailə üzvləri adından oğlu İsmayıl Rüstəmov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......
............article_metn