tehsil_xeberleri_metn Ağoğlan monastırında erməni saxtakarlığı - Təhsil xəbərləri

Ağoğlan monastırında erməni saxtakarlığı

Ağoğlan monastırında erməni saxtakarlığı

Cənubi Qafqazda heç bir dövlətçilik tarixinə və ənənəsinə sahib ola bilməyən haylar xəyali “erməni xalqının tarixini” faktlaşdırmaq yönümündə fəaliyyətə başlayıblar. XIX əsrin birinci yarısında Qafqazda məskunlaşdırıldıqdan sonra ilk hədəflərini alban xristian abidələrinin etnik konfessional mənsubiyyətinin dəyişdirilməsinə yönəldərək, alban kilsələri ilə yanaşı, alban tarixini də mənimsəməyə çalışıblar. Xristianlığın yayılmasının ikinci mərhələsində birinci alban katolikosu seçilən Qriqorisin fəaliyyət göstərdiyi ilk yerlərdən biri olan Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Hüsülü kəndinin yaxınlığında yerləşir. V-VI əsrlərdə əsası qoyulan Ağoğlan kilsə-monastırı kompleksi plan baxımından üçnefli olub, uzunluğu 25,6, eni isə 12,5 metrdir. Qədim alban məbədi üzərində inşa olunan kilsə-monastır kompleksi 1992-ci il mayın 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşüb, 2020-ci ildə Laçın rayonu işğaldan azad edilməklə alban məbədi də azadlığa qovuşub.

Bu barədəAZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib.

Alim qeyd edib ki, Laçın rayonunu işğal etdikdən sonra ermənilər diasporun maliyyə dəstəyi ilə 1997-2001-ci illərdə qeyri-qanuni olaraq Ağoğlan monastırı ərazisində arxeoloji tədqiqat işləri aparıblar. İşğal dövründə kilsə kompleksinin ərazisində aparılan qeyri-qanuni arxeoloji qazıntılar zamanı alban xristian dövrünə aid çoxsaylı məzarlar aşkar edilib. Buradan götürülən nümunələr ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində radiokarbon analizlərə cəlb edilib və dəfn nümunələrinin VII-VIII əsrlərə aid olması müəyyənləşdirilib. Analizlər nəticəsində əldə olunmuş digər elmi tutumlu informasiyalar hay mənafeyinə xidmət etmədiyindən məxfi saxlanılıb.

Ağoğlan məbədi ilk olaraq M.Hasratyan, A.Sainyan, S.Karapetyan və italyan memarlar P.Cuneo və F.Gandonfonun iştirakı ilə “restavrasiya”ya məruz qalıb. 1997-2001-ci illərdə isə Ağoğlan məbədində qeyri-qanuni arxeoloji tədqiqatlara Q.Simonyan, Q.Sanamyan rəhbərlik edib. Qeyri-qanuni bərpa konservasiya işləri 2006-cı ilə kimi davam etdirilib.

Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının interyerində dəyişikliklər edib, əsas fəaliyyətlərini abidənin altar apsidasına yönəldiblər. Altar hündürlüyünü dəyişərək mərkəzi hissəyə yeni postament yerləşdiriblər. Abidənin üst örtüyünə Ermənistanda istehsal olunan qırmızı rəngli kirəmitlər döşənib, abidə üzərində yerləşən zəng qülləsinə metal xaç asılıb.

44 günlük Vətən müharibəsində Laçın rayonunun qaytarılması üçün ayrılmış zaman çərçivəsində kompleks ərazisində yerləşən təsərrüfat təyinatlı binada sərgilənən maddi-mədəniyyət nümunələri Ermənistana daşınıb. Qeyri-qanuni arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş, kilsə kompleksi daxilində nümayiş etdirilən, lakin qısa zaman kəsiyində daşınması mümkün olmayan antik - ilk orta əsrlərə aid daş sütun altlıqları bir daha burada qədim dini-inzibati kompleksin yerləşdiyinin əyani sübutudur.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.