tehsil_xeberleri_metn ADU-dan tələbənin dekan müavini təyin edilməsinə münasibət: "Hər ikisinin öhdəsindən uğurla gələcək"

ADU-dan tələbənin dekan müavini təyin edilməsinə münasibət: "Hər ikisinin öhdəsindən uğurla gələcək"

ADU-dan tələbənin dekan müavini təyin edilməsinə münasibət: Hər ikisinin öhdəsindən uğurla gələcək

"Azərbaycan Dillər Universitetinin tələbəsi Jalə Eyvazovanın oxuduğu fakültənin dekan müavini təyin olunması ictimai əsaslarla həyata keçirilib".

Bunu"Report"a açıqlamasında ADU-nun Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.

O qeyd edib ki, indiyə qədər ADU-da bu cür təcrübə olmayıb:

"Rektor, akademik Kamal Abdulla qərara gəldi ki, göstəriciləri yüksək olan, tələbələr arasında nüfuz qazanmış, tədbirlərdə fəal olan tələbəni qiymətləndirib, dəyərləndirsin. Həmçinin onun gələcək idarəçilik təcrübəsinə öz töhfəsini vermək üçün bu imkanı yaratsın. Bu addım Jalənin həm müəllimləri, həm universitet kollektivi, həm də tələbə yoldaşları tərəfindən rəğbətlə qarşılandı. Bu gün o, həm tələbəliyini, həm də dekan müavini kimi çox uğurla fəaliyyət göstərir. Mənə elə gəlir ki, artıq dördüncü kursu bitirəndə Jalənin bu istiqamətdə geniş təcrübəsi olacaq və gələcəkdə universitet onun potensialından rahat şəkildə istifadə edə biləcək".

C.Zeynallı müəllimlərin tələbə-dekan müavininə dərs deməsi zamanı maraqlar toqquşmasının ola biləcəyi ehtimalı ilə bağlı deyib ki, bundan söhbət gedə bilməz:

"Dərslərə mane olmaq məsələsinə gəlincə, bu günə qədər Jalənin vəzifəsini yerinə yetirməsi və dərslərində hər hansı bir problemin yaranması ilə bağlı məlumat yoxdur. Düşünürəm ki, o, hər ikisinin öhdəsindən uğurla gələcək".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.