ADPU-da magistrantların ilk elmi-tədqiqat və istehsalat təcrübələri təşkil olunur

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.

ADPU-danAZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov təcrübəyə başlayacaq tələbələrə uğurlar arzulayıb. Rektor qeyd edib ki, son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, dövrün trendlərinə uyğun olaraq yeni ixtisaslar yaradılır. “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq və hər iki ixtisaslaşma üzrə ilk elmi-tədqiqat və istehsalat təcrübəsi təşkil olunur.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov vurğulayıb ki, universitetdə magistr hazırlığının keyfiyyətini artırmaq məqsədilə artıq ikinci ildir magistrantların xarici ölkə universitetlərində də təcrübə keçməsinə başlanılıb. Magistrantların dissertasiya mövzuları arasında ali təhsilin idarə olunmasının aktual məsələlərinə xüsusi yer verilir və universitetin rəhbər heyəti şəxsən bu mövzulara elmi rəhbərlik edir.

Elmi-tədqiqat təcrübəsinin təşkili barədə geniş məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov qeyd edib ki, 2022-2023-cü tədris ilində ümumilikdə 22 ixtisas üzrə 26 ixtisaslaşmada təhsil alan 290 tədris ilinin magistrantı ADPU-nun 23 kafedrasında və müvafiq qurumlarda elmi-tədqiqat və istehsalat təcrübəsində iştirak edəcək. MBA, SABAH, təhsildə monitorinq və qiymətləndirmə, təhsil menecmenti ixtisasları üzrə təhsil alan tələbələrin təcrübələrində müəyyən fərqlər olacaq, onlar tədqiqat layihələrində iştirak edəcəklər.

Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi fevralın 16-dan martın 16-dək davam edəcək. Nəticədə magistrant davamiyyətə görə maksimum 20 bal, fərdi iş planının tərtibinə görə maksimum 20 bal, elmi seminarda iştirakı və məruzə ilə çıxışına görə maksimum 20 bal, təcrübə dövründə məqalə hazırlanmasına görə maksimum 30 bal, dissertasiya mövzusu ilə bağlı yeni ədəbiyyatla tanışlığa görə maksimum 10 bal olmaqla, ümumilikdə mümkün 100 balla qiymətləndirilir. Elmi-tədqiqat təcrübəsinin 25 faizdən çoxunda iştirak etməyən magistrant təcrübədən keçməmiş hesab edilir.

Sonda professorlar Mübariz Əmirov, Müseyib İlyasov, İsa İsmayılov və magistrant Nurxan Rəcəbli təcrübə ilə bağlı fikirlərini bölüşüblər. Onlar magistr hazırlığında keyfiyyətin yüksəldilməsindən, magistrantların iş və tədqiqat imkanlarının genişləndirilməsindən söz açıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...