tehsil_xeberleri_metn ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır

ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır

ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə bir qrup IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarında üç ay ərzində istehsalat təcrübəsi keçəcəklər.

Bu barədəAZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, təcrübə keçəcək tələbələrlə institutda görüş olub. Görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, dosent Əfsun Sucayev çıxış edib. O, institutun elmi fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Qeyd edilib ki, tələbələr ayrı-ayrı qrup şəklində təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri izləyəcəklər.

Tələbələr həm də zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və elmi tədqiqatın nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

Sonda fəal tələbələrə diplom və sertifikatlar təqdim olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...