ADNSU-da 16 kitabdan ibarət Texniki-Populyar seriya təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkə tarixində ilk dəfə olaraq 16 kitabdan ibarət Texniki-Populyar seriyanın təqdimatı keçirilib.

Bu barədə"Report"a ADNSU-nun Mətbuat xidmətindən məlumat verilib.

Təqdimat mərasimində universitetin prorektorları, professor-müəllim heyəti, həmçinin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov universitetin müxtəlif elm sahələrinə həsr edilən 16 kitabdan ibarət Texniki-Populyar seriyanın əhəmiyyətindən danışıb və ADNSU-da mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusi ilə də texniki, kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr olunduğunu bildirib.

Tədbirdə müasir dövrdə elmi ədəbiyyatın daha da təkmilləşməsinin vacibliyi qeyd olunub, bildirilib ki, təqdimatı keçirilən Texniki- Populyar seriya texniki sahələr üzrə əhəmiyyətli vəsaitdir və kitablardan tələbələrlə yanaşı magistrlar, doktorantlar, müəllimlər və elmi işçilər də faydalana biləcəklər. Sonda kitab müəllifləri təəssüratlarını bölüşüb və kitabların nəfis şəkildə çapına görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Texniki-Populyar seriya Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 16 kitabdan ibarət seriya “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə İstanbul şəhərində nəfis şəkildə çap olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...