ADA Universitetində Xalq rəssamı ilə görüş

Fevralın 22-də görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun ADA Universitetinin tələbələri ilə görüşü keçirilib.

AZƏRTACxəbər verir ki, tədbir Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunub.

Görüşdə A.Hüseynov 31 il əvvəl sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri qırğınlardan bəhs edib.

Tədbirdə bu il 80 illik yubileyini qeyd edən rəssamın “Qarabağnamə. Tarixin səhifələri” kitabı haqqında da məlumat verilib.

Qeyd olunub ki, “Qarabağnamə - tarixin səhifələri” kitabında əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən Xocalı faciəsi və Qarabağ Zəfərinədək bütün tariximizə işıq salıb. “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda, həmçinin bir sıra tarixi şəxsiyyətlərin - əfsanəvi generallar, xanəndə və aşıqlar, rus zadəganların portretləri və memarlıq abidələri əks olunub.

Sonda suallar cavablandırılıb.

Qeyd edək ki, görüş "Azərbaycanşünaslıq" dərsi çərçivəsində təşkil olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...