tehsil_xeberleri_metn ADA Universitetində magistraturaya sənəd qəbulu başlanır

ADA Universitetində magistraturaya sənəd qəbulu başlanır

ADA Universitetində magistraturaya sənəd qəbulu başlanır

ADA Universitetində 2023-2024-cü tədris ili üçün magistr proqramlarına sənəd qəbulu başlanır.

Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib.

Ötən ildən başlayaraq ADA Universitetində artıq ingilis dili ilə yanaşı, Azərbaycan dilində də tədris aparılır. Azərbaycan dilində tədris olunan Təhsil üzrə menecment, Təlim və tədrisin təşkil və metodikası və Dövlət idarəetməsi proqramlarında dərslər modullarla və onlayn formada olmaqla Bakıda və ADA-nın Qazax mərkəzində keçirilir. Proqramların məqsədi regionlarda çalışan təhsil işçiləri və dövlət qulluqçuları üçün təhsil imkanlarını genişləndirməkdir.

İngilis dilində, iki il müddətində tədris olunan digər magistr proqramlarının əksəriyyətində isə dərslər axşam saatları və həftəsonu keçirildiyindən işləyən namizədlər üçün də təhsillərini davam etdirmək imkanı yaranır. Biznes, idarəçilik, təhsil, beynəlxalq münasibətlər, informasiya texnologiyaları və mühəndislik kimi müxtəlif sahələri əhatə edən bu proqramlarda təcrübə əsaslı bilik və bacarıqların öyrədilməsi əsas hədəflərdən biridir.

Bu tədris ilində də ADA Universiteti beynəlxalq tərəfdaşlıqlarını davam etdirir və nüfuzlu xarici universitetlərlə birgə ikili diplom proqramları təklif edir. Bunlardan ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə tədris olunan Kompüter elmləri və data analitikası, həmçinin Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Rusiyanın MQİMO Universiteti ilə birgə keçirilən Maliyyə üzrə MBA proqramı isə maliyyə sahəsində çalışan və ya bu sahədə ixtisaslaşmaq istəyənlər üçün əla fürsətdir.

Magistratura proqramlarına sənəd qəbulu Azərbaycan vətəndaşları üçün 2023-cü il aprelin 1-i, xarici vətəndaşlar üçün isə iyunun 1-dək davam edəcək.

Proqramlar və qəbul şərtləri barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb-səhifəsinə daxil ola (ada.edu.az/admissions), əlavə sualları yaranarsaadmissions@ada.edu.aze-mail ünvanına yaza və ya 0124373235 şəhər nömrəsinə zəng edə bilərlər.

Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası noyabrın 25-də saat 18:30-da ADA Universitetində keçiriləcək. Məlumat sessiyasında iştirak etmək istəyən namizədlərdən ada.edu.az/register səhifəsində qeydiyyatdan keçmələri xahiş olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...