ADA Universiteti Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə əməkdaşlıq edəcək

ADA Universiteti Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə əməkdaşlıq edəcək

ADA Universiteti ilin ilk anlaşma memorandumunu yanvarın 11-də Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə imzalayıb.

Bu barədəAZƏRTAC-a ADA Universitetindən bildirilib. Sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Misirin Diplomatik Araşdırmalar İnstitutunun direktoru Valid Haqqaq imzalayıblar. Sənədə əsasən, tərəflər konfranslar, mühazirələr və ya dəyirmi masa müzakirələri də daxil olmaqla müxtəlif birgə tədbirlər təşkil edəcək və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə və bilik mübadiləsi həyata keçirəcəklər.

Fariz İsmayılzadə ADA Universitetinin beynəlxalq müstəvidə tərəfdaşlarının sayının durmadan artığını vurğulayaraq tərəflər arasında əməkdaşlığın 5 prioritet istiqamətindən bəhs edib. Bildirib ki, həmin prioritetlər sırasında diplomatlar üçün təlim proqramlarının, eləcə də müxtəlif aktual mövzular barədə yay məktəbləri və genişmiqyaslı tədbirlərin təşkilini, birgə analitik araşdırmaların aparılmasını və "Bakı dialoqları" jurnalında dərc olunacaq məqalələrin yazılması kimi fərqli istiqamətləri qeyd etmək mümkündür.

Valid Haqqaq akademik əməkdaşlığın genişlənməsində tələbələrin də vacib roluna toxunaraq bildirib ki, sözügedən sənəd hər iki ölkənin təmsil olunduğu region barədə məlumatlılığın da artırılmasına fayda verəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...