Abşeron şəraitində keçibuynuzu ağacının ekoloji xüsusiyyətləri öyrənilib

Dendrologiya İnstitutunun elmi işçisi Nuray Qədirova Ceratonia L. (seratoniya) cinsinə aid olan Ceratonia siliqua L.-Buynuz ağacı növünün ekoloji xüsusiyyətlərini və Abşeron şəraitində introduksiyasını tədqiq edib.

Bu barədəAZƏRTAC-a institutdan bildirilib. Aparılan araşdırmalara görə, paxlakimilər fəsiləsində bitki növlərinin sayı baxımından ən böyük yarımfəsilələrdən biri Caesalpinoideae DC.-sezalpiniya yarımfəsiləsidir. Sezalpiniya yarımfəsiləsi əsasən tropiklərdə zəif bitən ağac bitkiləridir. Çiçəkləri dəyişkən və ziqomorf olur. Azərbaycanda həm təbii, həm də yabanı şəraitdə yarımfəsilənin 7 cinsinə aid növlər becərilir. Uzunluğu 18-20 santimetrdir. Yarpaqcıqları qalın, üst qatı tünd yaşıl, alt tərəfi isə tükcüklü olur, uzunluğu 8, eni isə 3-4 santimetrdir. Çiçəkləri boz rəngli, pis qoxuludur. Çiçəklər çoxillik budaqların üzərində salxım çiçək qrupunda toplanır. Payız fəslində noyabr ayının 2-ci həftəsindən çiçəkləməyə başlayır. Meyvəsi paxladır, toxumlar şirin və yeməli olan kitrənin içərisində - iki qın arasında taycıqlardakı yuvalarda yerləşir. Paxlalar uzunsov, yastı, düz, sərt və dairəvidir, qəhvəyi rəngdədir. Meyvələrinin uzunluğu 11-26 santimetrdir. Çoxalması toxumla baş verir. Keçibuynuzu ağacında meyvə əmələ gətirmə 15 ilindən sonra baş verir. Meyvələri olan buynuz ağacı 1000 kiloya qədər meyvə verə bilir. Keçibuynuzunun toxumları hər zaman sabit çəkiyə malikdir.

Sağlamlıq üçün buynuz ağacının faydaları çoxdur. Buynuz ağacının tərkibində olan qallium turşusu qanda tromblaşmanın qarşısını alır. Digər ən vacib xüsusiyyətlərindən biri onun tərkibində olan maddənin nəfəs yollarının iltihabına, nəfəs darlığına kömək etməsidir. Həmin maddə, eyni zamanda, bəzi allergik astma xəstəliklərində, bronxitə, iflicə, xərçəngə çox güclü təsir edir. Qınmeyvəli seratoniya qaraciyəri toksinlərdən təmizləyir, immuniteti gücləndirir, orqanizmdə olan mikrobları məhv edir, ishal və qəbizlik hallarında yaxşı təsir göstərir, həmçinin bu bitki antiseptik, antibakterial və ağrıkəsici təsirə də malikdir.

Buynuz ağacının meyvələri ilə yanaşı, doşab və siroplarından təbabətdə geniş istifadə olunur. Uşaqlarda zehnin və sümüklərin düzgün inkişafında güclü təsir edir. Sinir sistemini sakitləşdirdiyi üçün stresin qarşısını alır. Tərkibində E vitamini olduğuna görə sümük əyriliyi, qan azlığı, qrip və öskürəyə yaxşı təsir göstərir. Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldir. Tərkibində kofein, feniletilamin və xolesterin olmadığından onun meyvələrindən hazırlanan məhsulları ürək-damar sisteminin, miqren, podaqra, böyrək daşı kimi xəstəlikləri olan insanlar rahatlıqla istifadə edə bilərlər.

Son illər Azərbaycanda da becərilməyə başlanılıb. Aralıq dənizi, Suriya və Fələstindən gətirilərək Bakı şəhərində Dendrologiya İnstitutunun təcrübə sahəsində və Nəbatat Bağında introduksiya edilib. Respublikamızın bəzi regionlarında mədəni şəraitdə becərilir.

Yarpaqlarında və gövdəsinin qabıq hissəsində peyvənd effektli maddə vardır. Meşəsalmada, bəzək bağçılığında istifadə üçün perspektivlidir, tək və qrup halında əkinlərində istifadəsi məqsədyönlüdür.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...