tehsil_xeberleri_metn ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub

ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub

ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub

ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan məktəbinin fəaliyyəti bərpa olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, məktəbin yenidən bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, diplomatlar, Vaşinqtonda yaşayan azərbaycanlı ailələrin övladları və icmanın aktivləri iştirak ediblər.

Xəzər İbrahim çıxışında bildirib ki, hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biri onun dilidir və hər millət özünün dilinin mühafizəkarı olmalıdır: "Dilimizin qorunması Azərbaycan hökumətinin ən böyük prioritetlərindəndir. Bununla bağlı dövlət başçısının imzaladığı sərəncamlar xaricdə yaşayan soydaşlarımızın da qarşılarına müəyyən öhdəlik qoyur. Sevinirik ki, bu məktəbin yenidən bərpası ABŞ-da yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz ana dilinin öyrədilməsində bütün dəstəyi verəcək"

Tədbirdə çıxış edən Amerika Universitetinin elmi işçisi, doktorant Şəlalə Vəliyeva iştirakçıları məktəbin yenidən işlənib hazırlanmış təlim-tədris proqramı barədə məlumatlandırıb.

Mərasimdə həmçinin kamança ustası Toğrul Orucovun ifasında mill musiqilərimiz ifa olunub. Azərbaycanlı ailələr Vətəndən uzaqda olmalarına baxmayaraq, hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və ana dilimizin öyrənilməsi üçün övladlarına belə şansın verilməsindən böyük sevinc hissi keçirdiklərini deyiblər.

Qeyd edək ki, Azərbaycan Məktəbində ana dilimizin tədrisi ilə yanaşı, milli musiqi və rəqslərimiz, rəsm dərsləri, intellektual oyunlar, o cümlədən peşəkar şahmatçılar tərəfindən uşaqlar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...