tehsil_xeberleri_metn Abituriyentlərin qeydiyyati haqqında açıqlama var - Təhsil xəbərləri

Abituriyentlərin qeydiyyati haqqında açıqlama var

Abituriyentlərin qeydiyyati haqqında açıqlama var

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək ilk sınaq imtahanına yazılışa start verilib.

Milli.Az bildirir ki, bu barədə Trend Rabitə və Yüksək Texniologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.

Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq.

Sınaq imtahanlarına yazılış xidməti istər müvafiq qurumun rəsmi səhifəsindən, istərsə də "Elektron hökumət" portalı üzərindən mümkündür.

"Elektron hökumət" portalı üzərindən sınaq imtahanına yazılmaq üçün:

"www.e-gov.az"portalına daxil olaraq "Qeydiyatsız xidmətlər" bölməsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri sırasından "Sınaq imtahanına yazılış" elektron xidmətini seçin.

Sınaq imtahanına buraxılış vərəqi əldə etmək üçün açılan pəncərədə "Ödəmə kartları" bölməsində əks olunan https://rest.goldenpay.az/tqdk/ linkini seçib ödəniş edin.

Yeni istifadəçi kimi qeydiyyat keçmək üçün "YENİ İSTİFADƏÇİ" bölməsinə daxil olun. Açılan pəncərədə müvafiq xanaları qeyd edib "Qeydiyyatdan keçir" düyməsini seçin.

Qeydiyyatdan keçib hesab açmısınızsa, istifadəçi adınızı və parolunuzu uyğun sahələrə qeyd edib sistemə daxil olun. Sınaq imtahanına buradan yazılın hissəsini seçin.

Açılan pəncərədə sınaq imtahanının keçiriləcəyi məkan, ünvan və imtahana boş yerlərin sayı cədvəldə əks olunur. Abituriyent istədiyi imtahan məkanını seçə bilər.

Açılan pəncərədə müvafiq xanaları qeyd etdikdən sonra "Qeydə al" düyməsini seçin.

Yekun mərhələdə sistem tərəfindən "İmtahana buraxılış vərəqəsi" formalaşdırılır.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...